SAFFPULSE - Reputasiya İdarəetmə Sistemi
Heyətimiz rəqəmsal mühitdə müştərilərin şirkətiniz haqqında fikirlərini öyrənir, bunun əsasında reputasiyanızın korreksiyası üçün kompleks addımlar təklif edirik.
Safaroff Lab
məhsuludur
SAFAROFF AI
Öyrədilmiş Sİ bot ilə cavabı saniyələr içində alın
Xarıbülbül — Azərbaycan mədəniyyətini və musiqi irsini təbliğ edən beynəlxalq folklor festivalının rəsmi platformasıdır. Platforma tədbirin proqramı, tarixi və iştirakçıları haqqında məlumatları təqdim edərək istifadəçilərə festivalla bağlı tam və rahat təcrübə yaradır.
Xarıbülbül Beynəlxalq Musiqi Festivalı üçün hazırlanmış veb-sayt festivalın zəngin tarixini, proqramını və Şuşanın mədəni irsini müasir rəqəmsal formatda təqdim etmək məqsədilə yaradılıb. Platforma tədbir haqqında məlumatları, iştirakçıları, fotoqalereyanı və əvvəlki illərin festivallarını vahid və estetik strukturda bir araya gətirir. Festivalın əsas missiyası Azərbaycan mədəniyyətini beynəlxalq auditoriyaya tanıtmaq və mədəni dialoqu təşviq etməkdir.
Layihə çərçivəsində festivalın ruhuna uyğun UX/UI dizayn hazırlandı, məlumat arxitekturası quruldu və bütün səhifələr tam responsive şəkildə inkişaf etdirildi. Foto, video və tarixi materialların rahat idarə olunması üçün CMS sistemi inteqrasiya olundu. Saytın vizual konsepsiyası Şuşanın mədəni atmosferini və festivalın emosional ruhunu əks etdirəcək şəkildə formalaşdırıldı.
Nəticədə Xarıbülbül Festivalının mədəni əhəmiyyətini və beynəlxalq statusunu vurğulayan təsirli rəqəmsal platforma yaradıldı. Yeni sayt tədbirin daha geniş auditoriyaya çatmasına, festival haqqında məlumatların əlçatanlığının artmasına və Azərbaycanın musiqi irsinin uğurla təqdim olunmasına töhfə verdi.
Heyətimiz rəqəmsal mühitdə müştərilərin şirkətiniz haqqında fikirlərini öyrənir, bunun əsasında reputasiyanızın korreksiyası üçün kompleks addımlar təklif edirik.
2025-ci ildən əməkdaşlıq etdiyimiz Qala Həyat Sığorta Şirkəti müştərilər üçün həyat sığortası, yığım, investisiya və maliyyə təhlükəsizliyi həlləri təqdim edən sığorta şirkətidir. Şirkət müştərilərin gələcəyini qorumaq, maliyyə risklərini azaltmaq və uzunmüddətli etibarlı təminat yaratmaq istiqamətində fəaliyyət göstərir.
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Milli Cəmiyyət (AzQAC) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ölkəmizdə tam və bərabərhüquqlu üzvüdür.